Məşhur "Mörfi Braun" serialında Cim Deyl rolu ilə tanınan Çarlz Kimbro dünyasını dəyişib.
Amerikalı aktyor 87 yaşında vəfat edib. 
O, yanvarın 11-də ölsə də, sənətçinin ölümü ilə bağlı xəbəri oğlu yalnız fevralın 5-də təsdiqləyib. Çarlzın ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Çarlz Kimbro "Ən yaxşı aktyor" və "Ən yaxşı köməkçi komediya aktyoru" kimi nominasiyalara namizəd olub.

скачать dle 12.1