Suriyanın müxtəlif bölgələrində baş verən zəlzələdə ən azı 574 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb.
Zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində güclü hiss olunub və böyük dağıntılara səbəb olub.
***10:29
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.
Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.
***09:27
Kahramanmaraşın Pazarcık rayonunda saat baş verən 7,4 bal gücündə zəlzələ Misir, Livan, Suriya və İraqda da güclü hiss olunub.
Suriya Dövlət Xəbər Agentliyi SANA- nın məlumatına görə, zəlzələ nəticəsində ölkənin Hələb, Həma və Latakiya şəhərlərində çoxlu dağıntılar meydana gəlib.
Suriyadakı ilk təsbitlərə görə zəlzələdə ən azı 100 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı açıqlanıb.
Misirin paytaxtı Qahirə və ətrafında hiss edilən zəlzələ təxminən 30 saniyə davam edib və insanlarda böyük təşviş yaradıb. Livanda baş verən zəlzələ səbəbiylə evlərini tərk edən çox sayda insan gecəni maşınlarında keçirib.
İraqın paytaxtı Bağdad və Diyalada da hiss edilən zəlzələdə insanlar can təhlükəsizliyi qorxusu ilə evlərini tərk ediblər.
Suriyada zəlzələdə ölənlərin sayı 574-ə çatıb - YENİLƏNİB
06
fevral
15:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat