Rusiyanın paytaxtında bir şəxs Mavzoleydən Vladimir Leninin cəsədini oğurlamağa cəhd edib.
Hadisə fevralın 5-də gecə yarısı baş verib. Sərxoş vəziyyətdə olan şəxs Mavzoleyi gəzib, daha sonra binanın qapısını açmağa cəhd etmək qərarına gəlib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Polis bölməsinə aparılan şəxs Leninin cəsədini oğurlamağa cəhd etdiyini etiraf edib.
Saxlanılan şəxsin qeyri-adi davranışı ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları psixiatrik yardım üçün təcili yardım çağırıb və problem yaradan şəxsi həkimlərə təhvil verib.
Məlum olub ki, fevralın 13-dən Mavzoley iki ay müddətinə ictimaiyyət üçün bağlı olacaq . Bu, profilaktik tədbirlərlə bağlıdır.
Leninin cəsədini Mavzoleydən oğurlamaq istədi
07
fevral
19:13

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər