Rusiyanın Sankt-Peterburq şəhərinin Kurortnı rayonunda qızları qatar vurub.
Yerli media xəbər verir ki, 20 yaşlı iki qız yaxınlaşan qatarın fonunda selfi çəkdirmək istəyiblər. Bu zaman elektrik qatarı onları vuraraq, yaralayıb.
Sürücünün dediyinə görə, “Razliv” stansiyasından uzaqlaşaraq, zərbə səsini eşidib və bundan sonra təcili əyləc basıb.
Xəsarət alan qızlar xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.скачать dle 12.1