O, videoda bu sözləri söyləyib:
“Mən də hər kəsə bir mesaj yollamaq istəyirəm. Çox yazırsınız. Xalam, nənəm, xalauşaqlarım yoxdur... Hataya yardım çox getmir, onu da ailəmdən eşidirəm. Allah hər kəsin köməyi olsun”.
Karsu etdiyi paylaşımdan 4 saat sonra nənəsinin tapıldığını və xəstəxanaya yerləşdiyi barədə sosial media hesabında paylaşım edib. Digər qohumlarından isə hələ ki, xəbər yoxdur.
