Aktrisa Melisa Aslı Pamukun nənəsi və xalası baş vermiş zəlzələnin dağıntıları altından xilas edilib.
Bu barədə sənətçi instaqram hesabında məlumat paylaşıb.
“Çox şükür, Allah ölkəmizə kömək olsun”, - deyə, Melisa vurğulayıb.
Qeyd edək ki, o, nənəsi və xalasının Hatayda hiss olunan zəlzələdən sonra yaşadıqları binada köməksiz qaldıqlarını bildirərək, yardım istəmişdi.

скачать dle 12.1