"Trabzonspor"un sabiq futbolçusu Volkan Kahraman başından güllələnərək öldürülüb.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə Avstriyanın paytaxtı Vyanada baş verib. Belə ki, 43 yaşlı Kahramanı öldürən şəxs daha sonra intihar edib.
"Kronenzeitung" qəzeti Volkanın yeməkxanada onu öldürən şəxslə qızğın mübahisə etdiyinə diqqət çəkib. Bildirib ki, qatil tapançasını çıxararaq Volkanın başından atəş açaraq onu öldürüb.
1990-cı illərin sonlarında Avstriya futbolunda məşhurlaşan keçmiş yarımmüdafiəçi peşəkar karyerasına 17 yaşında Hollandiyanın “Feyenoord Rotterdam” klubunda başlayıb. O, 2000-ci ildə “Trabzonspor”a gəlib. Daha sonra "Ərzurumspor"a keçib.
Türkiyəli futbolçu Vyanada başından GÜLLƏLƏNDİ
09
fevral
17:25

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi