Kahramanmaraşda dağıntılar altında qalan qızının əlini buraxmayan ata ilk dəfə mətbuata danışıb.
49 yaşlı Məsut Hançer qızını xilas etmək üçün əlləri ilə dağıntıları qazdığını bildirib:
"Çox dua etdim, amma təəssüf ki, uduzduq. Şahzadəmi xilas etmək üçün dağıntıları əllərimlə qazdım. Amma onu çıxara bilmədim".
Ata 15 yaşlı qızı İrmakı bu gün dəfn edib. Qızının məzarı başında Almaniyanın "Bild" qəzetinə danışan ata, "Zəlzələ olanda çörək sexində işləyirdim. Həyat yoldaşıma zəng etdim. O, iki qızımın və oğlumun yaxşı və güvəndə olduğunu dedi. Amma o gecə kiçik qızım nənəsinin yanında qalmaq istəmişdi. Ondan xəbər ala bilmədik. Dərhal anamın evinə getdim. Artıq gecidi. Bina dağılmışdı".
Qeyd edək ki, dağıntılar altında qızının əlindən tutan Məsut Hançerin fotoşəkili qısa zamanda sosial mediada hər kəsi dərin kədərə boğub.
"Əllərimlə dağıntıları qazdım, amma..." - Zəlzələdə qızını itirən ata
10
fevral
15:54

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar