ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin Vaşinqtondakı səfirliyinə gedərək matəm kitabını imzalayıb.
Bu barədə diplomat Tvitterdə bildirib.
"Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarının matəm kitabını imzaladım. Sərhədin o tayında türk xalqının, eləcə də suriyalıların böyük itki və iztirablara məruz qalması məni dərindən kədərləndirdi." – dövlət katibi qeyd edib.скачать dle 12.1