İranın Rusiyadakı səfiri Kazem Cəlali bazar ertəsi keçirdiyi mətbuat konfransında bəyan edib ki, Moskva və Tehran 2023-cü ildə vizasız rejimin tətbiqi ilə bağlı razılığa gələ bilərlər.
O, bildirib ki, İran tərəfi bu məsələ ilə bağlı Rusiyadan cavab gözləyir və vizanı ən qısa zamanda ləğv etməyə hazırdır.
Cəlali vurğulayıb ki, iki ölkə arasında vizasız rejimin tətbiqi perspektivi var və İran İslam Respublikası nəinki belə bir tədbirlə razılaşır, həm də bu məsələdə öz tərəfindən addımlar atıb.
İranlı diplomatın qeyd etdiyi kimi, hazırda İran Rusiya rəsmilərinin rəyini gözləyir və əgər Rusiya da İran kimi müvafiq hazırlığın olduğunu bəyan etsə, o zaman iki ölkə arasında vizasız rejimi mümkün olduğu qədər tez elan etmək olar.
“Rusiya ilə vizasız rejim tətbiq oluna bilər” - İran səfiri
14
fevral
21:29

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər