Kahramanmaraşın Onikisubat rayonunda baş verən zəlzələdə dağıntılar altında qalan Məhərrəm və Hidayət Polat cütlüyü 202 saat sonra xilas edilib.
NTV xəbər verir ki, günlər sonra gün üzünə çıxan cütlük xəstəxanaya yerləşdirilib.
Belə ki, Məhərrəm Polat dağıntılar altında yaşadıqlarını yerli KİV-ə danışıb. Zəlzələ baş verən zaman telefonunu itirdiyini izah edən Polat, "Zəlzələnin ilk günündə telefonlar yox idi. Zəngli saatı 08.45-ə qoymuşdum. Siqnal çalanda telefon çarpayının altında olduğunu gördüm. Çarpayı qaldırıb telefonu aldıq, işığı ilə övladlarımızı axtarmağa çalışdıq", - deyə ifadə edib.
2 övladının dağıntılar altında həyatını itirdiyini və 6 aylıq körpələrini qucağında saxlamaq üçün çox çalışdıqlarını ifadə edən Polat, “Körpəmiz ac idi. Ətrafda yalnızca vazelin var idi. Onu əridib övladımıza yedizdirdik. Həyat yoldaşım halsız idi. Daha sonra 6 aylıq Muhammet Alparslanı ağzımdan çıxardığım tüpürcəklə yedizdirdim. Günlər keçdikcə o taqətdən düşürdü. Körpəm 5-ci gündə qucağımda öldü. Səhərə yaxın ürəyi dayandı", - vurğulayıb.
"6 aylıq körpəm qucağımda öldü" - Dağıntılar altından sağ çıxan ata
15
fevral
10:33

Qarabağ
KOMMENTLƏR
"Acından ölməmək üçün anamın çiçəklərini yedim" - Dağıntılar altından sağ çıxan oğlan
Hamiləliyin son ayında olan qadın 70-ci saatda dağıntılar altından xilas edildi - FOTO
Türkiyədə 2 aylıq körpə 29 saat sonra dağıntılar altından sağ çıxarıldı
Türkiyəli deputatın ailəsi dağıntılar altında qaldı
İzmirdə dağıntılar altında qalan körpə 90 saat sonra xilas edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat