İranın Ərak şəhərində yaşayan azərbaycanlı fəal Mina Yəqubi 11 il həbs, 84 şallaq zərbəsi və iki il sürgün cəzasına məhkum edilib.
“Mouze“ teleqram kanalı xəbər verir ki, bu barədə Mina Yəqubi özünün sosial media hesabında paylaşım edib.
Bədən tərbiyəsi müəllimi olan Mina Yəqubi, etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilib. O, 2022-ci il oktyabrın sonlarında girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Yəqubi sosial media hesabında etdiyi paylaşımda günahsız olduğu üçün əfv barədə ərizə yazmaq fikrində olmadığını, təcridxanada olduğu müddətdə gündəlik 12 saat təzyiqlərə məruz qalaraq dindirildiyini yazıb.
Azyaşlı qız uşağının anası olan 23 yaşlı Mina Yəqubi təcridxanada işgəncə edildiyi üçün buraxıldıqdan sonra uzun müddət xəstəxanada müalicə olunub.
Xanım fəal təcridxanadan buraxıldıqdan sonra ağır döyüldüyünü göstərən fotolarını paylaşıb.
Molla rejimi azərbaycanlı anaya 11 il həbs, 84 şallaq cəzası verdi
15
fevral
17:03

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu