Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə iki günlük səfərə yollanacaq.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Şahbaz Şərifin səfəri 6 fevral 2023-cü ildə baş verən zəlzələdən zərər çəkmiş türk xalqı ilə həmrəy olduğunu nümayiş etdirməkdir.
“Baş nazir Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Daha sonra Türkiyənin cənubunda təbii fəlakətdən zərər çəkmiş rayonlara səfər edəcək və ərazidə fəaliyyət göstərən Pakistan axtarış-xilasetmə qrupları, eləcə də zəlzələdən sağ çıxanlarla təmasda olacaq. Pakistan və Türkiyəni dərin qardaşlıq bağları birləşdirir”, - Pakistan XİN-in yaydığı məlumatda qeyd olunur.
Mənbə: TASS
Pakistanın baş naziri Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə gedir
16
fevral
10:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat