Soyuq havalarda insanlar baş ağrısından daha çox əziyyət çəkir. Bu miqreni olanlar üçün isə daha problemli vəziyyətə gətirib çıxarır. Çünki hava dəyişkənliyi miqren xəstələrinə təsir edən əsas amillər arasındadır. Soyuq havalarda sinüzit baş ağrısı digər baş ağrıları ilə çox qarışdırılır. Ancaq onun fərqli tərəfləri var. Belə ki, burun axması,burun tutulması, səsin dəyişməsi və üz dolğunluğun yaranması sinüzitin əsas kliniki əlamətlərindəndir.
Xarici mətbuat xəbər verir ki, daimi başı ağrıyan insanlar, miqren xəstələri soyuq havalarda çox çölə çıxmamalıdır.
Onlar saçlarını yaş qoymamalı, dərmanlarını düzgün vaxtda atmalı, qidalanma və yuxu rejimlərinə diqqət etməlidirlər.
Türkiyəli həkim Esra Acıman Demirel su içməyin baş ağrısına qarşı təsirindən danışıb:
“Tez-tez miqreni tutan insanlar çay, qəhvə və meyvə şirələrindən uzaq durmalıdırlar. Bu kimi içkilər onların su ehtiyacını kifayət qədər qarşılamır. Az su içmək də baş ağrısını yaradacaq səbəblərdən biridir. Buna görə, çalışıb bacardıqca çoxlu su içilməlidir”.
Həkimin sözlərinə görə, daimi baş ağrılarına səthi yanaşmaq düzgün deyil.
“4 saatdan çox və 72 saatdan az davam edən baş ağrılarını miqren olaraq qəbul edirik. Miqren ağrılar ürəkbulanma və qusma ilə müşayiət oluna bilər. Bunun üçün mütləq həkimə müraciət etməlisiniz. Bu, çox ciddi xəstəlik növüdür. “Elə-belə baş ağrısıdır” deyib keçmək olmaz. Ona səbəb olan amillərdən qaçmaq lazımdır",-deyə o bildirib.
"Baş ağrıları üçün çoxlu su içmək lazımdır" - HƏKİM
16
fevral
13:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat