Livanda dövlət tərəfindən dondurulmuş hesablarındakı pulları çıxara bilməyən əmanətçilər bəzi özəl bankları yandıraraq daşla hücum ediblər.
Paytaxt Beyrutun Badaro rayonunda ən azı 6 bank şöbəsi qarşısında “Əmanətçilərin ağlaması” tərəfindən aksiya təşkil edilib.
Bankların qarşısında od yandıran etirazçılar daş atıb, bəzi filialların şüşələrini sındırıblar. Hadisədən sonra açıqlama verən Beyrut Xilasetmə İdarəsi yanğınların tez bir zamanda söndürüldüyünü bildirib.
2019-cu ilin oktyabrında Livanda başlayan nümayişlər, hökumətin istefası, Beyrutdakı liman partlayışı və Kovid-19 epidemiyası kimi hadisələr ölkə iqtisadiyyatına dərindən təsir edib. Təxminən 3,5 ildir davam edən iqtisadi böhran şəraitində valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün banklardakı dollar depozit hesabları dondurulub.
Pullarını çıxara bilməyən livanlılar banklara hücum edib
16
fevral
17:15

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi