PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə oyundan sonra pəhrizi pozub.
Xarici media bildirir ki, 31 yaşlı hücumçu Almaniya klubu ilə matçın ertəsi günü gecə “McDonalds” fast food restoranına baş çəkib. Fotonu İnstaqramda Neymarın yaxın dostu Gilyermo Pitta yayıb.
Xatırladaq ki, PSJ “Bavariya”ya 0:1 hesabı ilə uduzub, Almaniyanın heyətində yeganə qolu Kinqsli Koman vurub.скачать dle 12.1