Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 141 260 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 298 tank, 6 520 zirehli maşın, 2 322 artilleriya sistemi, 467 reaktiv yaylım atəşi sistemi, 241 hava hücumundan müdafiə sistemi, 298 təyyarə, 287 helikopter, 2 013 PUA, 871 qanadlı raket, 18 gəmi/qayıq, 5 187 avtomobil texnikası və avtosistern, 221 xüsusi texnikadan ibarətdir.
скачать dle 12.1