Rusiyanın Saxalin bölgəsində radardan itən Robinson "R-44" helikopteri sərt eniş edib. 
Bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat dərc edib. 
Hadisə zamanı hava maşınında olan 3 nəfərdən ikisi ölüb, 1 nəfər ağır yaralanıb. 
"Krasnaya dağının şimal-şərqində tapılan helikopterin qəzaya uğramasının səbəbi pilotun səhlənkarlığı ola bilər. Helikopter qayaya çırpılıb", - deyə qeyd edilib. 
***11:15
"Rusiyanın Saxalin bölgəsində "Robinson" helikopteri radarlardan itib.
TASS xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidməti məlumat dərc edib. 
Məlumata görə, həyəcan siqnalı verdikdən sonra, Krasnaya dağının şimal-şərqində hava nəqliyyatı ilə əlaqə kəsilib.
Helikopterin göyərtəsində üç nəfər olub və yerüstü xilasetmə qrupu artıq onların axtarışına başlayıb. скачать dle 12.1