Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərməyə davam edir.
MN-dən verilən məlumata görə, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Növbəti 36 cərrahi əməliyyatı uğurla icra edən tibb personalı, eyni zamanda xəsarət alan 223 nəfərə də ambulator yardım göstərib.
Bu günədək ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 61 cərrahi əməliyyat icra olunub, 419 nəfər isə müayinə edilib və onlara ambulator yardım göstərilib.
Qardaş ölkədə fəaliyyəti yüksək qiymətləndirilən təcrübəli hərbi tibb personalımıza xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Türkiyəyə ezam olunaraq qardaş ölkədə zəlzələdən xəsarət alanlara tibbi yardım göstərir.
Hərbi həkimlərimiz Türkiyədə nə qədər insana yardım göstərib?
17
fevral
14:37

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi