Rusiya ordusunun 4 hərbi dairəsinə yeni komandanlar təyin edilib.
TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumatda bildirilib ki, general-leytenant Rüstəm Muradov Şərq Hərbi Dairəsinə təyinat alıb. Bundan əvvəl o, Cənub Hərbi Dairəsi komandirinin müavini vəzifəsində çalışıb. İyulda Rusiya Müdafiə Nazirliyi Rüstəm Muradovun Ukraynadakı müharibədə iştirak edən “Şərq” qrupuna komandanlıq etdiyi barədə məlumat yaymışdı.
Bundan başqa, general-leytenant Andrey Mordviçev Mərkəzi Hərbi Dairənin, general-leytenant Yevgeni Nikiforov Qərb Hərbi Dairəsinin komandiri, general-polkovnik Sergey Kuzovlev Cənub Hərbi Dairəsinin komandiri təyin edilib.
Xatırladaq ki, Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. O, 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.
Rüstəm Muradov hərbi dairənin komandanı təyin olundu
17
fevral
18:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat