Münxen Təhlükəsizlik Konfransı başa çatıb.
Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen Konfransı bağlı elan edib.
Kristof Heusgen bağlanışdakı çıxışında Avropa və Almaniyanı müdafiə xərclərini artırmağa çağırıb, Ukraynaya dəstəyi genişləndirməyə çağırıb, hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasında Beynəlxalq Cinayət Məhkəməsinin rolunun artmasını vacib hesab edib. Eyni zamanda Konfrans çərçivəsində ABŞ və Çin xarici siyasət idarələrinin rəhbəri Entoni Blinken və Van İnin görüşünü yüksək qiymətləndirib, dünyaya növbəti münaqişənin lazım olmadığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluğu ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qatıldığı Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda iştirak və çıxış edib. Konfrans çərçivəsində Münxendə Prezident İlham Əliyevin ABŞ-ın Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub. Eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirilib.
Münxen Təhlükəsizlik Konfransı başa çatdı
19
fevral
19:33

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi