Aİ Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Moldovaya missiya göndərmək imkanını öyrənir.
Bunu bazar ertəsi Avropa İttifaqının xarici işlər xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə birlik ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Moldova ümumi təhlükəsizlik və müdafiə siyasətimizin bir hissəsi kimi bizim missiyamızı qəbul etmək istəyini açıq şəkildə ifadə edir. Biz Moldovaya belə bir missiyanın göndərilməsi imkanlarını araşdırırıq. Onlar bu ölkədə sabitliyin pozulmasından çox əziyyət çəkirlər və biz bu vəziyyətdə onlara kömək etməliyik”, - Borrel bildirib.
Diplomat qeyd edib ki, Moldova da Ukrayna kimi Avropa ailəsinə aiddir.
Mənbə: TASS
Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır
21
fevral
11:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat