Braziliyanın San-Paulu əyalətinə yağan tropik yağış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Onlardan 7 nəfərin, o cümlədən üç uşağın şəxsiyyəti müəyyən edilib.
Məlumata görə, ötən həftəsonu bölgəyə bir aylıq normadan çox yağıntı düşüb. Ən böyük zərər San Sebastian və Bertioqa bölgələrinə dəyib. Leysan yağışı çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.
San Paulo əyalətinin eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollarda nəqliyyat əlaqələri kəsilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, azı 40 nəfərin taleyi məlum deyil. 2,5 minə yaxın sakin evlərini itirib. Məşhur kurort zonasında olan turistlərin kütləvi təxliyəsi davam edir.
Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Yağışların fəsadları ilə mübarizəyə müxtəlif xidmət orqanlarının 500-dən çox əməkdaşı, o cümlədən hərbçilər cəlb olunub.
Hadisə ilə əlaqədar yerli hakimiyyət karnavalın qeyd olunması ilə bağlı bütün əyləncə tədbirlərini ləğv edib, əyalət hökuməti üç günlük matəm elan edib.
Braziliyada leysan yağışı nəticəsində ölənlərin sayı 44-ə çatıb
22
fevral
10:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat