Moldova prezidenti Maia Sandu Varşavada ABŞ prezidenti Co Baydenlə görüşüb. 
Bu barədə Ağ Evin saytında məlumat verilib. 
Amerikalı siyasətçi ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini vəd edib.
"O, ABŞ-ın Moldovanın siyasi və iqtisadi sabitliyinin gücləndirilməsi, o cümlədən demokratik islahatlar proqramı və enerji təhlükəsizliyi, habelə Rusiya və Ukrayna arasında silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasına yardım göstərdiyini vurğuladı", - deyə məlumatda bildirilir.скачать dle 12.1