TrendForce şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Apple şirkəti bu ilki iPhone 15 smartfonlarında RAM yaddaşını yüksəldəcək və onun özəlliklərini yaxşılaşdıracaq.
Xarici KİV bildirir ki, bununla belə analitiklər iPhone 15 modellərinin nə qədər RAM yaddaşı əldə edəcəklərini söyləməyiblər. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən iPhone 15 Pro və iPhone 15 Pro Max modelləri 8 GB RAM ilə təchiz olunacaqlar. iPhone 15 ilə iPhone 15 Plus isə 6 GB RAM-a sahib olacaqlar. RAM yaddaşı göstəricilərinin yaxşılaşdırılması dedikdə böyük ehtimal ilə daha yüksək RAM yaddaşı əldə edəcək iPhone 15 modellərində LPDDR5 standartı əvəzinə LPDDR5X standartlı RAM yaddaşlarından istifadə ediləcək. Qeyd etmək lazımdır ki, LPDDR5X standartlı RAM yaddaşları daha sürətlə çalışırlar. iPhone 15 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.
iPhone 15 Pro ilə iPhone 15 Pro Max barədə daha bir YENİLİK
22
fevral
11:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat