Hamının sevgi münasibətlərindən gözləntiləri fərqlidir. Ancaq mövzu rədd edilmək olduqda bəzi insanlar çılğına dönə bilir. Belə ki, həmin insanlar qətiyyən rədd olunmağı həzm edə bilmirlər. Astrologiyada da bəzi bürclər var ki, imtina edilməyi qəbul etmir.
Həmin 7 bürcü təqdim edirik:
Xərçəng
Xərçənglər həssas və emosional xarakterə sahibdir. Bu bürcün nümayəndələri rədd edildikdə çox incinir və duyğularını idarə edə bilmirlər. Vəziyyətdən çıxmaqda çətinlik çəkirlər. Onların yenidən münasibətlərini bərpa etməsi bir xeyli vaxt aparır.
Əqrəb
Əqrəblər ehtiraslı və gərgin insanlardır. Onlar etdikləri hər şeyi canla-başla edirlər. Təbii ki, buna münasibətləri də daxildir. Ancaq verdikləri dəyərin qarşılığın görmək istəyirlər. Buna görə də rədd edildikdə hisslərini cilovlaya bilmirlər və bunun ağrısı uzun müddət çəkir.
Balıqlar
Balıqlar çox həssas və intuitiv insanlardır. Onlar dəyər verdikləri insanlarla dərin emosional əlaqələrlə bağlanırlar. Biri balıqlardan imtina edirsə, bu onlar üçün dağıdıcı bir hal olur. Belə ki, bu zaman onlar bir parçalarını itirmiş və duyğuları tamamilə tükənmiş kimi hiss edir.
Şir
Şirlər özlərinə həddindən artıq güvənən insanlardır. Amma rədd edilmək mövzusunda bir xeyli həssasdırlar. Onların təsdiq və diqqətə çox ehtiyacları var. Rədd edilmə ilə qarşılaşdıqda bu, onların etibarını sarsıda bilər. Bu zaman şirlər bunu dəyərlərinə olan şəxsi hücum kimi qiymətləndirirlər.
Qoç
Qoç bürcü güclü və iddialı insanlardır. Amma onlar hər hansı bir hadisəyə tez və əsəbi reaksiyalar verir. Rədd olunduqlarında isə bunu qarşıdurmaya çevirirlər. Özlərini sübut etməyə çalışırlar və onlardan imtina etmiş şəxsə hücum edirlər.
Buğa
Buğa bürcü etibarlı və səbirli insanlardır. Bununla belə, onlar inadkar və sahiblənməyi sevən insanlardır. Tərk edildikləri zaman bütün diqqətlərini onları rədd edən şəxsə yönəldirlər. Hər nə qədər sağlam düşüncə olmasa belə, onları geri qazanmağa və ya yenidən əlaqələri bərpa etməyə çalışırlar.
Əkizlər
Əkizlər sosial və maraqlı fərdlərdir. Amma onlar həm də qərarsız xarakterə də sahibdirlər. Tərk edildikdə diqqətləri tamamilə dağılır. Məlum vəziyyəti dərk etməkdə çətinlik çəkirlər və bunu ətrafdakı insanlara qarşı da hiss etdirirlər.
Qeyd edək ki, Qız, Oxatan, Dolça, Oğlaq və Tərəzi bürcləri digərlərindən fərqli olaraq ayrılığı, tərk edilməyi normal qəbul edib, qısa zamanda öz həyatlarına qayıda bilirlər.
Rədd edilməklə barışmayan 7 BÜRC
22
fevral
15:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat