Rusiyanın Krasnoyarsk şəhərində məişət texnikası istehsal edən zavodun anbarlarında yanğın baş verib. Hazırda yanğının sahəsi 12 500 kvadratmetrə çatıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verib.
Əvvəlcə yanğının sahəsinin 2 500 kv.m olduğu deyilirdi. Binanın tamamilə yararsız hala düşə biləcəyi bildirilir.
Yanğınsöndürənlər hadisə yerindən 10 nəfəri təxliyə ediblər. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Rusiya FHN-in 70-dən çox əməkdaşı və 25 texnikası cəlb olunub.
Qeyd edək ki, zavodda “Biryusa” soyuducu və soyuducu avadanlıqları, qabyuyan və paltaryuyan maşınlar, tibbi avadanlıq istehsal edilir.
Mənbə: TASS
Rusiyada anbarda güclü yanğın: Fəlakət sahəsi beş dəfə böyüdü
22
fevral
15:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat