Türkiyənin sevilən aktrisası Eda Ece ərə gedir. Türkiyə mətbuatı xəbər verir ki, o, basketbolçu sevgilisi Buğrahan Tuncerlə ailə həyatı qurur. Məlumata görə, cütlük bu ilin 8 iyun tarixində toy edəcək. Qeyd edək ki, Eda Ece hazırda reytinq rekordu qıran "Yasak Elma" serialının baş rol ifaçısıdır.