Dünyada ən aşağı doğum nisbəti olan Cənubi Koreyanın azalan əhalisinin sayını artıra bilməməsi səbəbindən doğum nisbəti yenidən aşağı düşüb.
Ölkənin Milli Statistika İdarəsi bildirib ki, doğum nisbəti və ya bir qadına gözlənilən orta uşaq sayı 2022-ci ildə əvvəlki illə müqayisədə 0,81-dən 0,78-ə düşüb.
İmmiqrasiyanın olmadığı bir şəraitdə əhalini sabit saxlamaq üçün ölkələrə doğum nisbətinin 2,1 olması lazımdır.
Cənubi Koreyada doğum nisbəti 2015-ci ildən aşağı düşür və ölkədə 2020-ci ildə ilk dəfə doğumdan daha çox ölüm qeydə alıb, bu tendensiya o vaxtdan davam edir.
2022-ci ildə ölkədə təxminən 249 000 doğuş və 372 800 ölüm qeydə alınıb.
Oxşar demoqrafik azalma bir sıra digər Asiya ölkələrində, o cümlədən Yaponiya və Çində də müşahidə olunub ki, bu da artan yaşlı əhalini dəstəkləmək üçün əmək qabiliyyətli insanların çox az olacağı ilə bağlı narahatlıq yaradır.
Koreyalı qadınlar gec uşaq dünyaya gətirirlər. Ötən il Cənubi Koreyada uşaq dünyaya gətirmə yaşı 33,5 olub.
Mənbə: Mk.ru
Cənubi Koreya dünyanın ən aşağı doğum səviyyəsinə görə rekordunu yenilədi
24
fevral
11:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat