BMT Baş Assambleyası cümə axşamı Ukrayna üzrə xüsusi sessiyası zamanı müharibənin ildönümünə həsr olunmuş qətnamə qəbul edib. Sənədin lehinə 141 ölkə, əleyhinə 7 ölkə (Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya) səs verib. Çin də daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.
Qeyd edək ki, qətnamə layihəsi BMT Baş Assambleyasına Ukrayna tərəfindən təklif edilib. Sənəddə başlıca olaraq Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması tələbi öz əksini tapır. Bildirilir ki, münaqişənin başlanmasına görə məsuliyyət yalnız Rusiyanın üzərinə düşür.
Qətnamə tərəfləri mülki şəxslər və hərbi əsirlər qarşısında öhdəliklərinə hörmətlə yanaşmağa çağırır və milli, eləcə də beynəlxalq səviyyədə ədalətli və müstəqil məhkəmə araşdırmaları vasitəsilə Ukrayna ərazisində beynəlxalq hüquqa qarşı törədilmiş ən ağır cinayətlərə görə məsuliyyətin təmin edilməsinin zəruriliyini vurğulayır.
Mənbə: TASS
BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib
24
fevral
11:21

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər