Dünya Bankı (DB) Kiyevə 2,5 milyard dollar qrant yardımı göndərəcək.
Bu barədə cümə günü qurumun mətbuat xidmətinin yaydığı press-relizdə deyilir.
Bu qrant Ukraynanın büdcəsinə birbaşa dəstək verəcək.
Burada qeyd olunur ki, vəsait ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən təmin edilib. "DB müvafiq xərc maddələrini yoxladıqdan sonra Ukrayna hökumətinə təhvil veriləcək", - press-relizdə deyilir. Pul əsas dövlət funksiyalarının və xidmətlərinin həyata keçirilməsini təşviq etmək üçün istifadə edilməlidir.
Dünya Bankının prezidenti David Malpasın təşkilatın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Dünya Bankı “Ukraynaya dəstək üçün 20,6 milyard dollar səfərbər edib”. "Biz Ukrayna xalqını yenidən qurulması üçün təcili layihələr və Ukrayna hökuməti ilə yenidənqurma səylərinin koordinasiyası vasitəsilə dəstəkləməyə davam edəcəyik", - Malpas vurğulayıb.
Dünya Bankı Ukraynaya 2,5 milyard qrant ayırdı
25
fevral
23:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat