Selena Qomez bir neçə gündür sosial mediada etdikləri ilə gündəmdədir.
Müğənninin qəribə hərəkətləri müzakirə mövzusu olub.
Öncə o, keçmiş sevgilisi Castin Biberin hazırkı həyat yoldaşı Heyli Biber və Kayli Cennerdən “iyrənc davranışlar sərgiləyən kobud kuklalar”, - deyə, bəhs edən bir nəfərin videosuna “Səni sevirəm” şərhini yazıb.

Daha sonra sənətçi Heylinin illər öncə Teylor Svifti ələ saldığı videoya “Çox üzr istəyirəm, amma mənim ən yaxın dostum sferadakı ən yaxşılardan biridir və olmağa da davam edir”, - deyə, rəy bildirib.

İfaçı Castin Biberdən ayrılmasından bəhs edilən TikTok videosuna da diqqətsiz qalmayıb.

“Selena Qomezə görə kədərlənən var? 7 il ərzində aşiq olduğunuz bir adamla hər kəsin gözü önündə bir ayrılıq yaşamağı və 2 ay sonra başqasıyla evlənmiş olmasını xəyal edə bilirsiniz?” sözlərinə isə “Bu məni ağlatdı. Təşəkkür edirəm” şərhi ilə cavab verib.

Bütün bu olanlardan sonra isə TikTok-da canlı yayım açan Selena sosial mediaya ara verəcəyini açıqlayıb:
“Sosial media bir az axmaqdır və mən 30 yaşındayam. Bura üçün çox yaşlıyam”.

Canlı yayımdan sonra TikTok səhifəsini bağlayan sənətçi bir neçə dəqiqə sonra onu yenidən aktivləşdirib.
Qeyd edək ki, sənətçi bipolyar (ikili şəxsiyyət – red.) və lupus (qırmızı qurd eşənəyi – red.) xəstəliklərindən əziyyət çəkir.

скачать dle 12.1