Gecə yatmaq üçün ideal vaxt hər bir insan üçün fərdidir və onu hesablayıb tapmaq mümkündür.
Xarici media bildirir ki, bunu nevroloq Endryu Huberman deyib.
Nevroloqun sözlərinə görə, günortadan sonra 14:30 və ya 15:00-da enerjiniz azalırsa bu əvvəlki gecə yuxu problemi və ya ağır bir şam yeməyi ilə əlaqədardır. Nevroloq bildirib ki, ideal yuxu vaxtı enerjinin azaldığı həmin saatdan 6-7 saat sonradır.
Həkimin nəzəriyyəsi belədir ki, əgər insan saat 15 radələrində yorğunluq hiss etməyə başlayırsa, o, axşam saat 21:00-22:00 arasında yuxuya getməlidir.
Eyni zamanda yuxu mütəxəssisi Maks Kirsten qeyd edib ki, yuxu üçün ideal vaxt fərqlidir. Səhər rahat oyanmaq üçün 7-9 saat əvvəl yatmaq ən yaxşısıdır. Sağlam yuxunun açarı hər gecə eyni vaxtda yatmaqdır.скачать dle 12.1