Qreypfrutun dərmanlara necə təsir etməsi, ən çox verilən suallardan biridir.
Xarici KİV bildirir ki, qreypfrutun 100-dən çox dərmanla, bəzi dərmanlarlasa hətta təhlükəli dərəcədə reaksiyaya girdiyi aşkar edilib. Məsələn, qan təzyiqinə qarşı dərmanların təsirini bir neçə dəfə artırdığı məlumdur.
Bu, qreypfrutun tərkibindəki furanokumarin adlı maddədən qaynaqlanır.
Bir qreypfrut və ya bir stəkan qreypfrut suyu xolesterola qarşı bəzi dərmanlarının təsirini 13 dəfə artıra bilər. Bu isə həm də yan təsirlərin artması deməkdir.
Qreypfrutla reaksiyaya girən dərmanlar aşağıdakılardır:
• xolesterolu azaldan bəzi statinlər (xüsusilə simvastatin tərkibli);
• aritmiyaya (ürək ritminin pozulması) qarşı dərmanlar;
• bəzi antipsikotik (psixiatrik xəstəliklərdə istifadə olunan) dərmanlar;
• orqan transplantasiyasından sonra immun sistemini yavaşlatmaq üçün istifadə olunan bəzi dərmanlar;
• erektil disfunksiya (cinsi orqanda sərtləşmə pozuqluğu) qarşı bəzi dərmanlar.
Sevilya portağalı və pomelo meyvəsində də furanokumarin var. Adi portağalda bu maddə yoxdur, amma bəzən o da dərmanlara təsir edə bilir.
Niyə dərman içəndə qreypfrut yemək olmaz?
27
fevral
18:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat