Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin Ukraynaya hərbi yardımının “Leopard 2” tankları nəzərə alınmadan, 3,4 milyard avro təşkil etdiyini bildirib.
Bu barədə nazir yerli KİV-ə müsahibəsində bildirib.
“Biz martın ortalarında və ya martın sonunda təhvil veriləcək “Leopard”ları nəzərə almasaq, 3,4 milyard avro məbləğində hərbi yardım göstərmişik”, - deyə nazir bildirib. 
Nazir əlavə edib ki, Kiyevə IRIS-T hava hücumundan müdafiə sistemləri də göndəriləcək.скачать dle 12.1