Dünya ulduzu Adel və sevgilisi idman agenti Rich Paul evlilik yolunda ilk addımı atıblar. 
Xarici media xəbər verir ki, tanınmış cütlük nişanlanıblar. 
Belə ki, bir neçə gün əvvəl Las-Veqasda verdiyi konsertdə Adel nəhəng brilyant üzük taxarkən görüntülənib.  Onlar nişan xəbərinə hələlik heç bir açıqlama verməyiblər. 
İkilinin bu yay evlənməyi planlaşdırdığı bildirilir. 
Qeyd edək ki, Adel 2017-2019-cu illərdə iş adamı Simon Konecki ilə evli olub. Onların 9 yaşlı bir oğlu var. Müğənni Rich Paul ilə iki il əvvəl görüşməyə başlayıb.

скачать dle 12.1