Əcnəbilərin Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.
“Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş (çıxış) və qalma (yaşayış) şərtləri haqqında” federal qanun layihəsi xarici vətəndaşların Rusiya Federasiyasının ərazisində vahid qısamüddətli qalma müddətini təqvim ili ərzində 90 gün müəyyən edilməsini nəzərdə tutur.
Daxili İşlər Nazirliyi qeyd edib ki, uzunmüddətli qalmaq hüququ olan əcnəbilər (tələbələr, əmək miqrantları) üçün qalma müddəti belə hüququn əldə edilməsinin əsaslarından asılı olaraq müəyyən ediləcək.
Mövcud qanunvericiliyə görə, Rusiyaya viza tələb etməyən qaydada gələn əcnəbi vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti hər 180 gün (altı ay) ərzində ümumilikdə 90 gündən çox ola bilməz. Bu kateqoriyadan olan əcnəbilərin Rusiyada daimi müvəqqəti qalma müddəti də 90 günü keçə bilməz.
2022-ci ilin sentyabrında sözügedən qanun layihəsi Rusiya hökumətinə təqdim edilib. Hazırda Rusiya Federasiyası hökumətinin aparatında onun yekunlaşdırılması istiqamətində iş aparılır.
Mənbə: TASS
Miqrantların Rusiyada qısamüddətli qalması məhdudlaşdırıla bilər
01
mart
10:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat