“Rusiya hərbçiləri müvəqqəti işğal olunmuş Krım yarımadasından təxliyə olunmağa davam edirlər”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat verib.
Bildirilib ki, söhbət xüsusilə Perevalnoda olan hərbçilərdən gedir.
“Müəyyən kateqoriyadan olan vətəndaşların müvəqqəti işğal olunmuş Krımdan növbəti təxliyəsi qeydə alınıb. Son vaxtlar Perevalnoda yerləşdirilən rusiyalı hərbçilər öz ailələrini Rusiyaya göndərirlər”, - deyə məlumatda qeyd edilib.
Həmçinin məlumat verilib ki, yarımadanın özündə rusiyalılar müdafiəyə hazırlaşır və istehkamlar qururlar.
Amerikalı general Ben Qodcesin proqnozlarına görə, Krım yayın sonuna qədər Rusiya işğalından azad oluna bilər. Bu o halda baş verə bilər ki, Ukrayna ordusu müttəfiqlərdən lazımi silahları alsın.
Cənub Müdafiə Qüvvələrinin Birləşmiş Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk isə hesab edir ki, Krım uğrunda şiddətli döyüşlər olmayacaq, bu ərazi başqa ssenari üzrə işğaldan azad ediləcək.
Mənbə: UNIAN
Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri ailələrini Krımdan təxliyə edirlər”
02
mart
10:34

Qarabağ
KOMMENTLƏR
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: “Rusiya Krımda gizli səfərbərliyə hazırlaşır”
Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri Qorlovkada həkimləri qan verməyə məcbur ediblər”
Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun generalı yaralanıb"
"Rusiya gizli səfərbərlik aparır" - Ukrayna MN
Rusiya hərbçiləri 5 Ukrayna əsgərini öldürdü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat