Hər bir smartfon istifadəçisi azı bir dəfə cihazın “donması” kimi problemlə qarşılaşıb.
Xarici media xəbər verir ki, belə vəziyyətdə barmaqlarınızla sensor ekrana toxundurmaq çox mənasızdır. Çünki bu zaman çətin ki, telefon bu toxunuşlara cavab versin.
Belə bir halda müəyyən qaydalara riayət etmək vacibdir.
Əvvəlcə telefon sahibi cihazın hansı səbəbdən donduğunu öyrənməlidir. Belə vəziyyətdə çox vaxt problem ya proqramlardan biri ilə, ya da bütövlükdə sistemlə bağlı olur. Sonra smartfonun aşağısındakı “Home” açarına basılmalıdır. Təbii ki, əgər telefonunuzda bu düymə varsa.. Barmağınızı dərhal çəkməyin. Düymə ən azı bir neçə saniyə basılı qalmalıdır. Əgər bu addım nəticəsində sonuncu istifadə etdiyiniz proqram menyusu görünürsə, deməli problem proqramla bağlıdır.
Bu halda, həmin tətbiqin pəncərəsini yana sürüşdürün.
“Home” düyməsini basmaq heç bir nəticə vermədisə, deməli, problem sistemdən asıldı.
Bu vəziyyətdə, cihazı yenidən başlatmalısınız. Bunu “power” və səsi azaldıcı düyməni eyni eyni vaxtda basın. 10-15 saniyə bu düymələri sıxıb saxlasanız, telefon yenidən işə düşəcək.
Yox, əgər bu addım da kömək etmirsə, smartfonu söndürməlisiniz. Bunu etmək üçün yalnız “power” düyməsini basıb saxlamaq lazımdır.
Telefon donanda nə etmək lazımdır?
02
mart
12:19

Qarabağ
KOMMENTLƏR
Telefonunuzu məhv edən 4 VƏRDİŞ
Telefonun enerji yığmasını yavaşladan 4 SƏBƏB
Telefonun şəbəkəsi zəif tutduqda nə etməliyik?
Bu da `Kontakt Home`un QIZIL TƏMİNATI - Qara qəpik qədərində də dəyəri yox imiş...
Deputatın şirkəti vətəndaşı ÇİLƏDƏN ÇIXARDIB... - "Əgər "Kontakt Home" rəhbərliyi həmin pulla kökələcəksə..."
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər