Rus balerina Anastasiya Voloçkovanın mənzil və kommunal xidmətlərə görə təxminən 400 min rubl borcu var.
Voloçkova yaşayış sahələrinin saxlanması və kommunal xidmətlər üçün ödənilməli olan borcun məbləği 399 min 503 rubl 76 qəpikdir. Sankt-Peterburqda sənətçinin mənzilinin yerləşdiyi elit yaşayış kompleksinin rəhbərliyi buna görə ulduza qarşı iddia qaldırıb.
Təşkilat balerinadan borcun ödənilməsini xahiş edir. İlk iclas martın 28-nə təyin edilib.
Qeyd olunur ki, bundan əvvəl iddiaçı Tverskoy rayonunun 370 saylı məhkəmə dairəsinə müraciət etsə də, sərəncam ləğv edilib.

скачать dle 12.1