Rusiya prezidenti Vladimir Putin Bryansk vilayətində ukraynalı yaraqlıların hücumuna görə Stavropol diyarına səfərini ləğv edib.
Putinin Pyatiqorsk şəhərinə gedərək tədbirə qatılacağı gözlənilirdi, lakin Ukrayna ordusunun əsgərləri Rusiya kəndlərinə hücum edərək bəzi vətəndaşları qətlə yetirib, digərlərini isə əsir götürdüyü üçün bölgədəki münaqişələr nəticəsində bu səfərini ləğv edib.
Kremlin sözçüsü Dmitri Peskov Putinin videobağlantı vasitəsilə tədbirə qatılacağını bildirib.
Kremlin sözçüsü Dmitri Peskov hadisəni "terror hücumu" kimi qiymətləndirib. Peskov bildirib ki, hücumu törədənlərin zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.
Vəziyyət hüquq-mühafizə orqanları və Bryansk vilayətinin qubernatoru vasitəsilə Vladimir Putinə çatdırılıb.
Martın 3-də Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirəcəyi açıqlanıb.
Ukrayna: Bunun bizimlə heç bir əlaqəsi yoxdur Digər tərəfdən, Ukrayna prezident aparatının müşaviri Mixail Podolyak açıqlama verərək hücumla heç bir əlaqəsi olmadığını və hadisənin “Rusiyanın təxribatı” olduğunu iddia edib.
Putin buna görə səfərini təxirə saldı
02
mart
18:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat