Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub.
 
“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 233 və 273-cü maddələri ilə ittiham edilən 1985-ci il təvəllüdlü Etibar Oqtay oğlu İmamverdiyev saxlanılıb. Onun Azərbaycanda kompyuter sistemlərinə qanunsuz müdaxilə etdiyi, ictimai qaydaları pozduğu bildirilir.
E.İmamverdiyevin Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.скачать dle 12.1