İsrail şəhərlərində hökumətin təklif etdiyi məhkəmə islahatlarına qarşı etiraz aksiyaları davam edir.
“Ynet” portalı xəbər verir ki, ən böyük aksiyalar Tel-Əvivdə keçirilir.
Məlumata görə, minlərlə etirazçı şəhərdə hökumət kompleksinin yaxınlığında əsas avtomobil yolunu bağlayıblar. Polislə etirazçılar arasında toqquşmaların baş verdiyi bildirilir. Aksiyalar zamanı azı 18 nəfər saxlanılıb.
Yerli medianın məlumatına görə, ölkənin Baş naziri Benyamin Netanyahu bu gün Tel-Əvivdən İtaliyaya rəsmi səfərə yollanmalıdır. Etirazçılar öz avtomobilləri ilə hava limanına gedən yolu bağlamağa başlayıblar.
Xatırladaq ki, İsraildə Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb. Aksiya iştirakçıları ölkənin Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına etiraz edirlər. Məhkəmə sistemində islahatları nəzərdə tutan qanun layihəsi fevralın 20-si birinci oxunuşda qəbul edilib. Dəyişikliklər hökumətin hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir, eləcə də Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırır.
İsraildə etiraz aksiyaları davam edir
09
mart
18:02

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər