İranda 5 nəfərdən ibarət bir qrup ölkənin cənubunda yerləşən Lar şəhərində 7 məktəbin şagirdlərini zəhərlədiklərini etiraf ediblər.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, hadisəni şəhər xəstəxanasının həkimi, qızı və onun 3 sinif yoldaşı törədiblər. Sözügedən şəxslər saxlanılıblar.
Onlar məktəblərin daxilinə azot səpdiklərini bildiriblər: “Biz cari hakimiyyətə mənfi münasibət bəsləyirik”.
Saxlanılanlardan biri zəhərlənmələrin ölkədəki vəziyyəti dəyişdirəcəyinə inandığını deyib.
Bildirilir ki, bundan əvvəl İranın 5 vilayətində məktəbli qızların zəhərlənməsinə səbəb olan bir neçə nəfər saxlanılıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrından İranın müxtəlif əyalətlərində şagirdlər arasında zəhərlənmə halları qeydə alınıb. Belə ki, təqribən 100 gün ərzində 2000-dən çox şagird zəhərlənib. Şagirdlərdə ürəkbulanma, halsızlıq, nəfəs darlığı, baş ağrısı və baş gicəllənməsi kimi əlamətlər olub.
Zəhərlənən şagirdlərin əksəriyyətinin əsas olaraq qız olması diqqət çəkib.
Ölkənin təhsil nazirinin müavini Yunus Penahi açıqlamasında şagirdlərin qəsdən zəhərləndirildiyini bildirib.
İranda məktəbliləri zəhərlədiklərini etiraf etdilər
10
mart
16:55

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi