Çexiyanın yeni seçilmiş Prezidenti Petr Pavel apreldə Ukraynaya səfər edəcək.
O, bu barədə bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
Xəbəri Çexiya Prezidentinin mətbuat katibi Marketa Rjexakova yayıb.
Onun sözlərinə görə, Zelenski Pavellə danışıqların aparılmasını xahiş edib və görüşün inauqurasiyadan sonra mümkün qədər tez baş tutmasında maraqlıdır.
Ukrayna dövlət başçısı Paveli vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
“Onlar Prezident Pavelin Ukraynaya mümkün səfərini müzakirə ediblər və bunun apreldə baş tutacağına dair razılığa gəliblər. Onlar həmçinin yaxın aylarda Çexiyanın Ukraynaya dəstəyini müzakirə ediblər”, - Çexiya liderinin mətbuat katibi bildirib.
Xatırladaq ki, Pavelin andiçmə mərasimi martın 9-da Praqa qəsrində baş tutub.
Mənbə: rbc.ua
Çexiyanın yeni prezidenti Ukraynaya səfər edəcək
13
mart
11:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat