Türkiyənin Radio və Televiziya Şurası Show TV-də yayımlanan “Kızılcık şerbeti” serialı ilə bağlı araşdırma başladıb.
Bu barədə RTÜK sədri Ebubekir Şahin  məlumat paylaşıb.
E. Şahin bildirib ki, bu addımın atılmasına səbəb sözügedən ekran işində qadına şiddət və təzyiqin təbliğ edilməsi olub.
Qeyd edək ki, ekran işinin 18-ci bölümündə Ceren Yalazoğlunun canlandırdığı Nursema obrazının zorla evləndirilməsi və həmin adam tərəfindən pəncərədən itələndiyi səhnə sosial mediada gündəm olmuşdu.

скачать dle 12.1