ABŞ-da 13 yaşlı Culiya Çaves şiddətli qulaq ağrısından bir neçə saat sonra vəfat edib.
Xarici media xəbərinə görə, fevralın ortalarında qız özünü pis hiss edib, şiddətli baş ağrısı və qulağındakı ağrılardan şikayətlənib. Valideynləri onu dərhal xəstəxanaya aparıblar. Həkimlər uşağa antibiotik yazıb evə göndəriblər.
Fevralın 12-də qız evdə huşunu itirib, xəstəxanaya aparılıb. Bu dəfə o, daha ətraflı müayinəyə göndərilib. Tezliklə həkimlər ona leykemiya diaqnozu qoyublar. Bundan 12 saat sonra Culiya Çaves ölüb. Ekspertiza onun beynində, mədəsində və ağ ciyərində qanaxma olduğunu göstərib.
Leykemiyanın əlamətləri: solğunluq, yorğunluq, tez-tez və ağır göyərmələr, nəfəs darlığı, başgicəllənmə, ürək döyüntüsünün artması, qızdırma, boğaz ağrısı, diş ətlərinin qanaxması, burun qanamaları, dəridə qan ləkələri və ya səpgilər (petexiya adlanır), səbəbsiz çəki itkisi, bulanıq görmə.
Culiyanın atası Dennis Li Çaves qızının vaxtaşırı başında və qulaqlarında ağrılar olduğunu, bədənində tez-tez qançırlar əmələ gəldiyini deyib.
“O, qançır olanda necə əmələ gəldiyini soruşduq. O, çiyinlərini çəkərək “bilmirəm” dedi”, - atası bildirib.
Culiyanın anası əlavə edib ki, qızının sağlamlığı həmişə yaxşı olub və heç vaxt burun axmasından daha ciddi bir şeylə xəstələnməyib.
Qulağı kəskin ağrıdı: Az sonra öldü
13
mart
13:55

Qarabağ
KOMMENTLƏR
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....