Həyatı yaxşılaşdıra biləcək dəqiq məbləğ açıqlanıb.
Xarici KİV bildirir ki, Pensilvaniya və Prinston universitetlərinin alimləri pulun sizi xoşbəxt edə biləcəyi iddiasının doğruluğunu sınayıblar.
Məşhur “Pulla xoşbəxtliyi almaq olmaz” məsəli var, lakin son araşdırmadan sonra ekspertlər bu məsələyə bir az fərqli nöqteyi-nəzərdən baxırlar. Məlum olub ki, maliyyə vəziyyəti sizi həqiqətən xoşbəxt edə bilər, lakin bu, çox zənginliyə aid deyil.
Beləliklə, pulun köməyi ilə həqiqətən xoşbəxtliyi "almaq" olar, ancaq yalnız 75 min dollara qədər. Məsələ burasındadır ki, bu məbləğdən sonra pulla insanın özünü xoşbəxt hiss etməsi arasında korrelyasiya tapmaq mümkün olmayıb.
Uorton Məktəbinin baş elmi işçisi və Penna tədqiqatının aparıcı müəllifi Metyu Killinqsvortun fikrincə, bir mühüm nüans var - pul insanları daha xoşbəxt edir, ancaq onlar əvvəlcə xoşbəxt olduqları halda.
Araşdırma çərçivəsində məlum olub ki, bu qaydanın istisnası maddi cəhətdən təminatlı, lakin bədbəxt insanlardır. Məsələn, bir insanın böyük maliyyəsi varsa, amma hələ də bədbəxtdirsə, o, əlavə pula görə yaxşılaşmayacaq.
"Hər kəs üçün daha çox pul xoşbəxtliyin yüksək səviyyələri ilə bir qədər fərqli dərəcədə əlaqələndirilir", - Killinqsvort deyib.
Xoşbəxtliyi neçəyə "almaq" olar? - CAVAB
14
mart
11:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat