"Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin məsuliyyət zonasında problemlər var".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında deyib.
Baş nazir martın 13-də Ruisya lideri ilə danışıqlarının təfərrüatını da açıqlayıb: "Dünən mən Rusiya prezidenti ilə danışdım. Söhbət əsasən Dağlıq Qarabağda eskalasiya təhlükəsinə həsr olunub. Məlumatlarımı, təəssüratlarımı çatdırmışam. Problem hesab etdiyim şeyləri qeyd etdim.
Xüsusilə qeyd etmək istəyirəm ki, Qarabağda olanlar Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin məsuliyyəti sahəsində də baş verir. Bu, həqiqətən də narahatlıq doğurur və mən bu narahatlığı Rusiya Federasiyasının Prezidentinə çatdırmağı zəruri hesab edirəm. Bəli, təbii ki, Rusiya prezidenti buna nəsə dedi, amma bütün söhbətimizi indi söyləməyi düzgün hesab etmirəm. İndi sizə düzgünlüyün nəyə imkan verdiyini deyirəm. Rusiya Federasiyası prezidentinin dediklərini rusiyalı tərəfdaşlar lazım bilsələr, dərc edəcəklər", - deyə Paşinyan qeyd edib.
Paşinyan Putinə sülhməramlılarla bağlı problemlərdən danışıb
14
mart
13:38

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi