Türkiyənin Şanlıurfa və Adıyaman vilayətində sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə çatıb.
Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
16:38
Türkiyənin zəlzələ bölgəsində güclü sel insan tələfatına səbəb olub.
Bu barədə Türkiyə mətbuatı xəbər verir. Sel Şanlıurfada 9, Adıyamanda isə 1 nəfərin ölümünə səbəb olub. İtkin düşən 3 nəfərin axtarışları davam edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.
***
Türkiyədə baş verən zəlzələdə zərər görən şəhərlərdə güclü yağış selə çevrilib.
Sel suları Şanlıurfa və Adıyamanda daşqınlara səbəb olub, zəlzələdən zərər çəkənlərin çadırlarına dolub. Sözügedən vətəndaşlar təxliyə edilib.
Adıyamanın Gölbaşı mahalının Tut kəndində konteynerə suyun dolması nəticəsində 5 nəfər ölüb. 4 nəfər isə itkin düşüb.
Türkiyədə sel nəticəsində 13 nəfər həlak olub - VİDEO (YENİLƏNİB)
15
mart
18:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat